Yardım paylayan Mahsun Kırmızıgülü ağladan MESAJ-FOTO


Adıyamanda yardım paylayan Mahsun Kırmızıgül Zeynəb adlı türk uşağının onu çox duyğulandıran mesajını yayımlayıb.


Günlərdir Adıyamandakı yardım işlərində iştirak edən məşhur sənətçi hisslərini belə ifadə edib: "Adıyamanda camaat küçələrdə gecələyir. Minlərlə insan yaxınlarından səs, xəbər gözləyir. Düşünürdüm ki, çox emosional səhnələr, filmlər çəkirəm. Ancaq heç vaxt belə film səhnələri çəkməmişəm. Məni titrədən və məhv edən bir faciə ilə qarşılaşdım. İnanın ki, həyatımın zərbəsini aldım".

Mahsun Kırmızıgül Zeynəb adlı balaca qızın bu gün çəkdiyi şəkli paylaşaraq aşağıdakı emosional mesajı yazıb: "Zəlzələdən zərər çəkmiş bir ailə kombinezon alan paketin içindən balaca Zeynəbin məktubuna rast gəlib. Ailə çox təsirlənib. Məndən Zeynəbə bu mesajı göndərməmi istədilər: Zeynəb, səni sevirik, Adıyamanda bir ailənin olduğunu bilməni istəyirik".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu