Arda Gülər dağıntılar altından çıxarılan balaca azarkeşinə zəng etdi - VİDEO


"Fənərbağça"nın futbolçusu Arda Gülər ​​Adıyamanda dağıntılar altından çıxarılan Məsudla telefonla görüntülü danışıb.


AFN.az xəbər verir ki, Kahramanmaraşda baş verən və 10 bölgəni öz təsiri altında qoyan zəlzələnin ardından Adıyamanda hadisənin 113-cü saatında dağıntılar altından çıxarılan Məsud xəstəxanaya gedərkən yolda "Fənərbağça"nın futbolçusu Arda Gülərə mesaj göndərib. Təcili yardımla xəstəxanaya aparılaraq müalicə olunan Məsud Arda Gülərə sevgisini ifadə edib.
Bu gün Arda Gülər ​​və Məsut arasında telefonda görüntülü danışıq olub. Dağıntılar altından çıxarılan Məsut, "Fənərbağça"nı çempion etməyə davam et, ağabəy. Sənin kimi topçular milyonda bir gəlir dünyaya. İstəyirəm ki, bir an əvvəl yanımıza gələsən. Sənə uğurlar arzulayıram" - deyə hisslərini ifadə edib. Arda Gülər öz növbəsində "Sağ ol, qardaşım. Yaxşınlarda səni kamplarımızda gözləyirik. Sənə üstü imzalı formamı verəcəm" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu