Türkiyədə dağıntılar altından çıxarılan 1405 uşaq ailələrinə təhvil verilib
Türkiyədə dağıntılar altından çıxarılan 1405 uşağın şəxsiyyəti təsdiq edilərək ailələrinə təhvil verilib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu haqda Ailə və Sosial Xidmətlər Nazirliyindən bildirilib. Nazirlikdən verilən açıqlamada, qeyd edilir ki, dağıntılar altından çıxarılmış və heç bir müşayiətçisi olmayan 1890 uşaq qeydiyyata alınıb. "Müraciət edənlərin şəxsiyyəti yoxlanıldıqdan sonra 1405 uşaq ailələrinə təhvil verilib. 105 uşağımız isə müalicədən sonra nazirliyimiz tərəfindən institusional müalicəyə verilib. 380 uşağın xəstəxanalarda davam edən müalicə prosesi yaxından izlənilirdi. Bizdə şəxsiyyətləri müəyyən edilən 1784, şəxsiyyətləri hələlik müəyyən edilməmiş 106 uşaq var" - deyə qurumun açıqlamasında qeyd edilir.