Zelenski Türkiyə səfirliyinə gedərək başsağlığı verib


Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə səfirliyinə gedərək başsağlığı verib.


AFN.az xəbər verir ki, bu barədə ölkənin Prezident Ofisi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Zelenskini Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak müşayitə edib. Ukrayna dövlət başçısı səfirliyin önünə gül qoyub, matəm kitabına ürək sözlərini yazıb.

“Öz adımdan və Ukrayna xalqı adından başsağlığımı qəbul edin. Bu qədər insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı yaratdı. Türk xalqının dərdini bölüşür, bu çətin gündə yanında olduğumuzu bəyan edir, əlimizdən gələn qədər yardım edirik. Dünyasını dəyişənlərin ruhu şad olsun. Zəlzələ nəticəsində yaralananların tezliklə sağlığına qovuşmalarını arzulayıram" - deyə Zelenskinin yazdığı başsağlığı mətnində bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu