Zelenski helikopter qəzasını araşdırmağı tapşırıb


Prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə və Milli Polisə Brovarda Daxili İşlər Nazirliyinin rəhbərliyinin ölümü ilə nəticələnən helikopter qəzasının bütün şərtlərini öyrənməyi tapşırıb.


Dövlət başçısı sosial şəbəkələrdə aviaqəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. “Mən Ukrayna Təhlükəsizlik Xidmətinə Ukrayna Milli Polisi və digər səlahiyyətli orqanlarla əməkdaşlıq edərək insidentin bütün təfərrüatlarını öyrənməyi tapşırdım. Bütün həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm! Denis, Yevgeni, Yuri, Daxili İşlər Nazirliyinin komandası... Ukraynanın əsl vətənpərvərləri.
Rəhmətlik olsunlar! Ruları şad olsun! Bu qara səhərin həyatına son qoyduğu hər kəsin xatirəsi!”, - deyə Zelenski sosial şəbəkədə bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu