Almaniya Ukrayna daxili işlər nazirinin ölümünü araşdırmaq istəyir


Almaniya nümayəndələri Brovaridə baş vermiş faciə ilə bağlı başsağlığı verib və onun səbəblərinin araşdırılmasına köməklik göstərilməsini təklif edib.


AFN.az-ın xəbərinə görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Maksimilian Kall keçirdiyi brifinqdə açıqlama verib. O, bildirib ki, daxili işlər naziri Nensi Fyezer Ukrayna səfiri Aleksey Makeyevə zəng edərək helikopter qəzasının səbəblərinin araşdırılmasında federal hökumətə dəstək təklif edib.
O, bu yardımın nədən ibarət ola biləcəyini açıqlamayıb və Berlində Kiyevin təkliflərinin gözlənildiyini qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, nazir Fyezer Brovarıda Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyinin və 10-dan çox insanın həlak olması ilə nəticələnən helikopter qəzası ilə bağlı dəhşətli xəbərdən dərin sarsıntı keçirib.
“Həmkarım Denis Monastırski və daha 17 nəfərin həlak olması məni çox kədərləndirdi. Denis Monastırskinin simasında mən müharibənin əvvəlindən yaxın təmasda olduğum yaxın tərəfdaşımı itirdim”, - deyə Kall Almaniya Daxili İşlər Nazirliyinin rəhbərliyinin mövqeyini açıqlayıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu