Zelenski helikopter qəzası barədə: “Bir neçə versiya var”


Brovardakı faciə ilə bağlı istintaq davam edir. Hazırda hüquq-mühafizə orqanları bir neçə versiyanı nəzərdən keçirir.


AFN.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 18-də Uktraynanın daxili işlər naziri Denis Monastırski də daxil olmaqla 17 nəfərin həlak olması ilə nəticələnmiş helikopter qəzası barədə danışarkən belə deyib.
“Dünənki faciə ilə bağlı araşdırma aparılır. Bir neçə fərqli ehtimal var. Hesab edirəm ki, bu günkü istintaq bitənə qədər bu versiyalar barədə danışmaq səlahiyyətim yoxdur”.
Dövlət başçısı bu barədə Davosda Ukrayna səhər yeməyində çıxışı zamanı bildirib.
Xatırladaq ki, helikopter qəzası zamanı Monastırskidən başqa, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həyatını itirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu