Pakistan Türkiyəyə yardımı genişləndirəcək


Pakistan Türkiyəyə yardımı ölkə miqyasında genişləndirəcək.


AFN.az xəbər verir ki, bunu ölkənin Baş naziri Şahbaz Şərif “Twtter” hesabında bildirib. “Hökumət Türkiyə üçün davam edən xilasetmə və yardım səylərini genişləndirərək ölkə miqyasında kampaniyaya çevirmək qərarına gəlib” - deyə o qeyd edib.

“Biznes sektorunun, din alimlərindən və təhsil müəssisələrindən dəstək cəlb edəcəyik. Bu çətin zamanda Türkiyənin yanında olmağa davam edəcək”, - Şahbaz Şərif belə bildirib.

Baş nazir həmçinin ştatların baş nazirləri ilə görüşü zamanı onlardan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək göstərmələrini istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu