Pakistanın Baş naziri Türkiyədə rəsmi səfərdədir


Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə rəsmi səfərə gəlib.


Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şərifi Ankaradakı Prezident İqamətgahında qarşılayıb.

Mərasim zamanı iki ölkənin dövlət himnləri səsləndirilib.

İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra prezident Ərdoğan və Baş nazir Şərif birgə şəkil çəkdiriblər.

Baş-başa görüşən Ərdoğan və Şərif, müqavilələrin imzalanma mərasimində iştirak edəcək və heyətlər arasındakı görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcəklər.

Mənbə: TRT



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu