Rusiya səfirliyini yandırmaq istədi


Qırğızıstan polisi Rusiyanın Bişkekdəki səfirliyi qarşısında aksiya keçirməyə cəhd edən şəxsi saxlayıb.


AFN.az xəbər verir ki, saxlanılan şəxs səfirliyin binası qarşısında təkər yandırıb.
Kişi hərəkətinin səbəbini açıqlamayıb. O, Rusiya Prezidenti Vladimir Putinə yeddi dəfə məktub yazdığını, lakin cavab almadığını bildirib:“Hətta video mesaj da göndərdim. Amma cavab gəlmədi”-etirazçı belə deyib.
Bişkek şəhəri Pervomayskoye Rayon Daxili İşlər İdarəsi 1961-ci il təvəllüdlü B.U. adlı şəxsin hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün istintaq xidmətinə aparıldığını bildirib. İbtidai araşdırmalara başlanılıb.
Səfirlik rəsmiləri hadisə ilə bağlı şərh verməyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu