Qırğızıstan XİN Bişkekdəki iğtişaşlar barədə məlumat yaydı


Bişkekdə iğtişaşlar zamanı 15-ə yaxın insan yaralanıb.



15-ə yaxın Qırğızıstan vətəndaşı müayinə olunmaq üçün tibb müəssisələrinə gedib, heç kim ciddi xəsarət almayıb. Bu barədə mayın 18-də Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Facebook sosial şəbəkəsində məlumat yayıb.

Xəsarət alan əcnəbilərlə bağlı idarəyə məlumat daxil olmadığı da bildirilib. Polis hadisədə iştirak edənləri saxlayıb. Vəziyyət tamamilə təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

Xarici İşlər Nazirliyindən bildirilib ki, vətəndaşların təhlükəsizliyi və ictimai asayiş təmin edilib.

Qırğızıstan hökuməti isə öz növbəsində etnik zəmində zorakılıq və iğtişaşlar törətmək cəhdlərini pisləyib. Nazirlər Kabinetinin bəyanatında əcnəbi tələbələrə qarşı nifrətin qızışdırılmasının yolverilməz olduğu vurğulanıb və kütləvi informasiya vasitələrində qətllər və miqrantlara qarşı zorakılıq halları ilə bağlı xəbərlər təkzib edilib.

Qeyd edək ki, mayın 18-nə keçən gecə yerli sakinlərlə əcnəbilər arasında kütləvi dava ilə bağlı insidentdən sonra minə yaxın insan Bişkekin mərkəzinə toplaşıb. Belə ki, paytaxt sakinləri mayın 13-də yataqxanalardan birinin həyətində baş verən qarşıdurmadan narazılıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu