Bayden Çin prezidentini hədələyib
ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Tsinpinə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Baydan Çinin Ukrayna müharibəsində Rusiyaya dəstək verəcəyi təqdirdə Qərb investisiyalarını itirəcəyini deyib. Ağ Evin rəhbəri bu haqda “PBS” telekanalına müsahibəsində danışıb.
“Mən yayda ona zəng etdim ki, bu təhdid deyil, sadəcə müşahidədir... Görün Rusiyaya nə olub. “McDonald's”dan “Exxon”a qədər altı yüz Amerika şirkəti Rusiyanı tərk etdi. Siz mənə deyirsiniz ki, ABŞ və Avropa ilə münasibətləri qoruyub saxlamağın səbəbi onların sərmayələrini Çinə cəlb etməkdir. Əgər siz də eyni sövdələşməyə qoşulsanız Çinə kim investisiya qoyacaq?” - deyə Bayden sual edib.
ABŞ prezidenti əlavə edib ki, Çinin Rusiyaya birbaşa dəstək verəcəyi gözlənilsə də, bu baş verməyib.
M.Vahidli