İran XİN Azərbaycan səfirliyinə edilən silahlı hücumu pislədi

“Polis və təhlükəsizlik qüvvələri dərhal hadisəyə müdaxilə edərək hücum edən silahlını həbs ediblər, o, hazırda dindirilir.
Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə bu hücumun aspektlərini və hücum edənin motivini müəyyən etmək üçün məsələ yüksək prioritet və həssaslıqla araşdırılır.
Aidiyyəti orqan və qurumlar tərəfindən aparılan ibtidai araşdırmanın nəticəsi hücum edən şəxsin bu əməli törətməkdə məqsədindən xəbər verir. Odur ki, müvafiq hüquq-mühafizə, təhlükəsizlik və məhkəmə orqanları və qurumlarının məsələyə dərhal müdaxiləsini nəzərə alaraq, KİV-lərə bununla bağlı qeyri-mötəbər xəbərlər və spekulyasiyalar dərc etməkdən çəkinmələri tövsiyə olunur”-XİN rəsmisi belə deyib.
M.Vahidli