Ukrayna 20 istiqamətdə zərbə endirdi - Soledar uğrunda döyüşlər...


“Ukrayna müdafiəçiləri son sutkada 20-dən çox yaşayış məntəqəsinin ərazisində işğalçıların hücumlarını dəf edib”.


AFN.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında belə deyilir.
Qeyd edilir ki, Rusiya ordusunun hücumları Luqansk vilayətinin Beloqorovka, Donetsk vilayətinin Verxnekamennoye, Spornoye, Krasnopolovka, Sol, Soledar, Beloqorovka, Baxmut, Severnoye, Kamenka, Vodyanoye, Nevelskoye, Maryinka, Pobeda yaşayış məntəqələrində dəf edilib.
Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri sutka ərzində düşmənin komanda məntəqəsini, işğalçıların yanacaq-sürtkü materialları və düşmənin sursatı da daxil olmaqla cəmləşdiyi 11 rayona zərbə endirib.
Rusiya ordusunun Donetsk vilayətinin içərilərinə doğru irəliləməsi üçün vacib olan də Soledar şəhəri uğrunda şiddətli döyüşlər davam edir.
Yanvarın 16-da axşam Baş Qərargahın yaydığı məlumatda Ukrayna Silahlı Qüvvələrinin Soledarın özündə və kənarında müdafiəni davam etdirdiyi bildirilir. Düşmən yaşayış məntəqəsini 134 dəfə atəşə tutub.
Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Soledar bölgəsindəki mövqelərini qoruyub saxlamaqla yanaşı Luqansk vilayətinin Kremennaya yaşayış məntəqəsinə doğru irəliləyir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu