Ukrayna Rusiya ordusunun 95 hücumunu dəf edib


Ötən sutka ərzində Ukrayna ordusu rus işğalçılarının Kupyansk, Liman, Baxmut, Avdeyevka və Şaxtyor istiqamətlərində 95-dən çox hücumunu dəf ediblər.


Rusiya əsas hücum səylərini bu beş istiqamətdə cəmləşdirir. Bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb. “Ötən sutka ərzində əsgərlərimiz göstərilən istiqamətlərdə, o cümlədən Luqansk vilayətinin Beloqorovka və Nevski və Donetsk vilayətinin Zaliznyanski, Dubovo-Vasilyevka, Orihovo-Vasilyevka, Baxmut və İvanovski ərazilərində düşmənin 95-dən çox hücumunu dəf edib.
Baş Qərargah onu da vurğulayıb ki, ötən gün Ukrayna aviasiyası işğalçıların cəmləşdiyi ərazilərə 12 zərbə endirib, raket qoşunları və artilleriya bölmələrinin 3 idarəetmə məntəqəsini, cəmləşdiyi 4 ərazini və düşmənin hava hücumundan müdafiə vasitələrinin bir mövqeyini vurub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu