Rus qoşunlarının cəmləşdiyi əraziyə zərbələr endirilib


“Ukrayna aviasiyası düşmənin cəmləşdiyi ərazilərə beş zərbə endirib”. AFN.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yanvarın 23-ə dair gündəlik xülasəsində belə qeyd edilir.


AFN.az-ın xəbərinə görə, “Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri... işğalçıların cəmləşdiyi üç ərazini və düşmənin maddi-texniki təchizat anbarını vurub”, - deyə məlumatda deyilir.

Baş Qərargahdan bildirilib ki, işğalçılar gün ərzində yaşayış məntəqələrinə dörd raket zərbəsi və 18 hava zərbəsi endirib. Raketlərdən ikisi Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Rusiya ordusu yayalım atəşi sistemlərindən Ukraynanın mövqelərinə 24 hücum təşkil edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu