Ukrayna artilleriyası Rusiyanın mövqelərinə zərbələr endirib


Martın 9-da səhər saatlarına olan məlumata görə, Ukrayna aviasiyası Rusiya ordusuna qarşı 11 zərbə endirilib.


Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" sosial şəbəkəsində yaydığı məlumatda belə deyilir.
"Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri sutka ərzində işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 11 zərbə endirib və düşmənin zenit-raket kompleksinin mövqeyini vurub", - səhər xülasəsində qeyd edilir.
Bundan başqa, Ukraynanın reaktiv yaylım atəşi sistemləri və artilleriyası şəxsi heyətin cəmləşdiyi ikinərazini vurub və Rusiya ordusunun bölmələrindən birinin komanda məntəqəsini atəşə tutub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu