Laçın dəhlizində qurulan çadırlara işıq çəkilir: "Yəqin bu gecə burdayıq"

Bu gün səhər saat 10:00-dan Xankəndi-Laçın yolunda başlayan aksiya davam edir.
AFN.az xəbər verir ki, bunu jurnalist Niyaz Niftiyev bildirib. O qeyd edib ki, yoldan hər hansı erməni avtomobillərinin keçidinə icazə verilmir: "Hazırda çadırlara işıq çəkilir. Yəqin bu gecə burdayıq".
Qeyd edək ki, Ağdərədə qızıl mədənlərini qeyri-qanuni istifadə edilməsinə qarşı Azərbaycanın ekoloji QHT-ləri, ictimai fəalları Şuşada aksiya keçirir. Onlar Laçın dəhlizini bağlayıblar və artıq saatlardır aksiya davam edir. Etirazçılar sülhməramlıların rəhbəri general Volkovla görüş tələb edirlər. Onlar yolda çadırlar qurublar.