Sülhməramlıların komandanı etirazçılarla görüşə gəlmir


Qarabağda sülhməramlıların komandanı general Volkov azərbaycanlı etirazçıların tələbinə baxmayaraq onlarla görüşə gəlməyib.


AFN.az bildirir ki, bu barədə Şuşada ekoloqların keçirdiyi aksiyada iştirak edən jurnalist Niyaz Niftiyev bildirib.

Onun sözlərinə görə, aksiya 3 saatdan artıqdır davam edir, lakin komandan Volkov hələ də aksiya keçirilən yerə yaxınlaşmayıb.

Qeyd edək ki, Ağdərədə qızıl mədənlərini qeyri-qanuni istifadə edilməsinə qarşı Azərbaycanın ekoloji QHT-ləri Şuşada aksiya keçirir. Onlar Laçın dəhlizini bağlayıb və hazırda aksiya davam edir. Onlar sülhməramlıların rəhbəri general Volkovla görüş tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu