Azərbaycana dronların gətirilməsi asanlaşacaq


"TEKNOFEST Azərbaycan" festivalında ADA Universiteti ilə görüşdüm. Onlar da dronların gətirilməsi ilə bağlı narahatlığını ifadə edirdilər".


Bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, əgər ADA Universitetinin nümayəndəsi belə edirsə, görün digərlərinin vəziyyəti necədir.

O.Gündüzün fikirləri ilə razılaşan nazir əlavə edib ki, hazırda bu problemin həll edilməsi istiqamətində işlər aparılır: "Aviasiya haqqında yeni qanun hazırlanır və bu qanunun qəbulundan sonra ölkəyə dronların gətirilməsində yaranan narahatlıq aradan qalxacaq".

Qeyd edək ki, hazırda ölkəyə dron gətirmək istəyən şəxslər bir sıra qurumların icazəsini almalıdır. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu