Gürcüstandan ABŞ-a birbaşa aviareys açılacaq


Gürcüstan və ABŞ arasında birbaşa uçuşlar təşkil ediləcək.


AFN.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstandakı Amerika Ticarət Palatasının vitse-prezidenti İrakli Baidaşvili bildirib.

Onun sözlərinə görə, uçuşlara bu ilin sonunda və yaxud gələn ilin əvvəlində başlanılacağı gözlənilir.

İ.Badiaşvili qeyd edib ki, birbaşa aviaəlaqə Gürcüstana imkanlı amerikalı turislərin cəlbinə kömək edəcək.

Gürcüstan ABŞ-la birbaşa uçuşlarla bağlı danışıqları 2019-cu ildən aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu