Kameranı görə-görə oğurluq edənlər niyə tapılmır? - VİDEO


Sabunçu rayonu Ramana qəsəbəsində köşkdən oğurluq edilib.


Bu barədə “Qafqazinfo”ya köşkün sahibi Elvin Maxsudov məlumat verib. O bildirib ki, hadisə aprelin 1-də, saat 04:20 radələrində baş verib: “Həmin vaxt köşk işlək vəziyyətdə olub. Əmim Tofiq Maxsudov da orada satıcı olub. Yaşlı adam olduğu üçün bir neçə dəqiqəlik yuxuya gedib. Bundan istifadə edən və oraya guya nəsə almaq üçün yaxınlaşan iki nəfər köşkdən 500 manat pulu götürüblər. Həmin an əmim yuxudan oyanıb. Bu iki nəfər də həmin puldan əmimə verərək siqaret alıb gediblər”.

Sahibkarın sözlərinə görə, məsələ ilə bağlı 14-cü polis bölməsinə ərizə yazaraq şikayətlərini bildiriblər: “Aldığım məlumata görə, bu oğrular elə Ramana sakinləridir. Tutulmayıblar və açıq-aşkar gəzirlər. Əməliyyatçıya bütün məlumatların verilməsinə baxmayaraq, heç bir tədbir görülmür. Hətta hadisə zamanı kameralara düşən görüntüləri də onlara təqdim etmişik. Bu adamın tutulmaması başqa adamların da oğurluğa məruz qalması təhlükəsinin olması deməkdir”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin inspektoru, mayor Anar Qafarov "Qafqazinfo"ya bildirib ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir: "Hadisə ilə bağlı vətəndaş Sabunçu Rayon Polis Şöbəsinin 14-cü Polis Bölməsində qəbul olunub. Onun şikayəti dinlənilib və izahatı alınıb. Hazırda polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmaqla oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir. Qısa zamanda həmin şəxslərin kimliyinin müəyyən edilib tapılması və barələrində müvafiq tədbir görülməsi təmin ediləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu