"Moskva" kreyserində xidmət edən 300 nəfər itkin düşüb


Rusiyanın Ukrayna ordusu tərəfindən məhv edilmiş “Moskva” kreyserində xidmət edən hərbçilərin əksəriyyəti itkin düşüb. Bir neçə gündür onların valideynləri sosial şəbəkələrdə bu barədə yazıb kömək istəyirlər.


İtkin düşənlərdən çağırışçı matros Yeqor Şkrebetsin anası “The Insider”ə nəşrinə deyib ki, o, əri ilə kreyserdə yaralananların gətirildiyi “Qayalıq liman” xəstəxanasında olub. Onun sözlərinə görə, oraya təxminən 200 yaralı dənizçi gətirilib. Ümumilikdə, Skrebetsin anasının dediyinə görə, gəmidə 500-dən çox insan olub.

“Biz hər yanmış uşağa baxdıq. Nə qədər çətin olduğunu ifadə edə bilmərəm, amma öz oğlumu tapmadım. Orada cəmi iki yüz nəfər var idi, kreyserdə isə beş yüzdən çox adam olub. Digərləri haradadır? Krasnodarı ayağa qaldırdıq, hər yeri axtardıq, amma tapa bilmirik” – İrina Şkrebets deyir.

Yeqor Şkrebets haqqında məlumatı atası Dmitri Şkrebets “Vkontakte” sosial şəbəkəsində dərc edib. O, oğlunun ölən və yaralananlar siyahısında olmadığını deyib. “Oğlum çağırışçıdır, “Moskva” kreyserinin komandirlərinin mənə dediyinə görə, o, ölən və yaralananlar arasında yoxdur və itkin düşənlər siyahısındadır. Döyüş əməliyyatlarında iştirak etməli olmayan çağırışçı itkin düşənlər siyahısındadır. Uşaqlar, açıq dənizdə itkin düşüblər?!”, – Şkrebets yazır.

“Yeni qəzet. Avropa” “Moskva” kreyserində xidmət edən çağırışçı dənizçinin anası ilə danışıb. Onun sözlərinə görə, “atəş nəticəsində qırxa yaxın adam ölüb, bir neçə nəfər itkin düşüb, çoxlu sayda insan yaralanıb”. Nəşrin həmsöhbəti onu da bildirib ki, “kreyser qurudan, Ukrayna tərəfdən vurulub”. “Əsasən əl və ayaqların qopma yaralarıdır. Çünki içəridə sursat partlayıb. Həm də gəmini raketlə vurublar”, – deyir.

Çağırışçının anasının sözlərinə görə, Rusiya hakimiyyəti ölənlərlə bağlı məlumatı gizlədir. Çünki Müdafiə Nazirliyi Ukraynadan məğlubiyyətini etiraf etmək istəmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu