İran neft hasilatını artırır

“Report” Beynəlxalq Enerji Agentliyinin (İEA) son aylıq hesabatına əsasən xəbər verir ki, bu da son iki ilin ən yüksək göstəricisidir.
“ABŞ-ın sanksiyalarına meydan oxuyan İran 2020-ci ilin sonundan bu yana neft kranlarını açdı. İndi onlar hasilatı son iki ilə yaxın müddətin ən yüksək həddinə çatdırıblar”, – hesabatda qeyd olunur.
Xatırladaq ki, İran neft sənayesinə qarşı sanksiyalar ABŞ tərəfindən 2018-ci ilin payızında tətbiq olunub, 2019-cu ilin may ayında isə sərtləşdirilib. Sanksiyalardan əvvəl isə ölkə gündəlik 4 milyon barelədək neft hasil edirdi.