"Milan" "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir


Türkiyənin "Qalatasaray" komandasının futbolçusu Taylan Antalyalı karyerasını İtaliyada davam etdirə bilər.



"Report" "Acmilan.theoffside" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçini "Atalanta" və "Milan" klubları yaxından izləyir.

Bildirilib ki, hər iki komanda yayda oyunçu üçün İstanbul təmsilçisinə rəsmi təklif göndərəcəklər.

Qeyd edək ki, Taylan Antalyalı 2019-cu ildən "Qalatasaray"da çıxış edir. Onun klubu ilə sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu