"Qalatasaray"ın hücumçusu İngiltərə klubuna icarəyə verildi


Türkiyə "Qalatasaray"ının futbolçusu Mbaye Dianye karyerasını İngiltərədə davam etdirəcək.



"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, seneqallı hücumçu "Vest Bromviç"lə anlaşıb.

Premyer Liqa təmsilçisi 30 yaşlı forvardı cari mövsümün sonunadək icarəyə götürüb. Klub yayda təcrübəli oyunçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Mbaye Dianye bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 19 oyunda 11 qol vurub. Onun İstanbul klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu