Məşhur futbolçu karyerasını bitirdi


İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Qabi karyerasını başa vurub.



"Report"un məlumatına görə, yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb. İspaniyalı oyunçu son olaraq Qətərin "Əl-Sədd" komandasının formasını geyinib. Onun "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir.

Qeyd edək ki, Qabi 2004 - 2007 və 2011 - 2018-ci illərdə "Atletiko"nun formasını geyinib. Madrid təmsilçisinin yetirməsi olan oyunçu İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu