Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı açıqlandı




Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanandan bu günə qədər müraciət edənlərin sayı 60 nəfəri ötüb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə məlumat verilib. Qeyd olunub ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.

Həcc ziyarətinin qiymətində artımın olması isə otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən başlanılacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.

Keçən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu