Ruhani Trampla görüşməyəcək
"İran Prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyasının toplantısı çərçivəsində ABŞ lideri Donald Trampla görüşməyi planlaşdırmır".
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
"Mən bu məlumatı təsdiqləmirəm",- deyə Musəvi Ruhani ilə Tramp arasında görüşün ola bilməsi barədə sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, sentyabr ayının sonlarında-BMT Baş Assambleyasının iclası çərçivəsində ABŞ Prezidentinin Ruhani ilə görüşəcəyi bildirilirdi.