Biz səninlə hər zaman fəxr etmişik, gözəl Təbriz!- Qənirə Paşayeva




Millət vəkili Qənirə Paşayeva Təbrizdə Qarabağla bağlı səsləndirilən şüarlara münasibətini ifadə edib.

AFN onun məsələ ilə bağlı sosial şəbəkədə qeyd etdiyi fikirlərini təqdim edir: "Ah gözəl Təbriz! Sənin hər zaman VƏTƏNƏ, AZƏRBAYCANA pislik edənlərə, düşmən baxanlara, düşmənlik edənlərə, səmimiyyətsizlərə verdiyin cavablarla fəxr etmişik. Bu cavabın kimi... İşğalçı Ermənistanın baş naziri Paşinyanı Xocalı soyqırımının ildönümü günlərində İranda, rəsmi Tehranda isti görüşlərlə qarşılayanlara, İslam birliyindən dəm vurub 1 milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən Ermənistan rəsmiləri ilə İranda qucaqlaşanlara, dostluq nümayiş etdirənlərə, qucaq açanlara çox gözəl cavab verdin, Təbriz. Səni çox sevirik, ey əziz Təbriz və "Traxtor"! Sən İranda "Qarabağ ermənilərindir" kimi şüar açan ermənilərə və onun önündə selfi çəkdirib paylaşan Paşinyana da gözəl cavab verdin. "Qarabağ Azərbaycan torpağıdır və onu mütləq azad edəcəyik, bu məsələdə Bakıdan Təbrizə bütün azərbaycanlılar birlik içindədir" deyərək! Var ol, Təbriz! İnşallah Qarabağı bir millət olaraq mütləq azad edəcəyik!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu