UKMTO: Hörmüz boğazında təhlükəsizlik riski ən yüksək səviyyədədir



Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) son 24 saat ərzində Oman körfəzi, Musandam yaxınlığı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahil sularında bir neçə ticarət gəmisinə edilən hücumların təsdiqlənməsindən sonra Hörmüz boğazı üçün dəniz təhlükəsizliyi statusunun ən yüksək risk səviyyəsi olan "kritik" dərəcəyə qaldırıldığını elan edib.

AFN.az xəbər verir ki, UKMTO-nun açıqlamasında Oman körfəziBƏƏ sahillərində gəmilərə qarşı raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının həyata keçirildiyi bildirilib. Son sutka ərzində "SKYLIGHT", "MKD VYOM""SEA LA DONNA" adlı xam neft və neft tankerlərinin hədəf alındığı qeyd olunan bəyanatda bu hadisələrdən sonra bölgədə risk səviyyəsinin maksimuma çatdırıldığı vurğulanıb.

Açıqlamada həmçinin aşağıdakı mühüm məqamlar yer alıb:

Hədəf seçimi: Hücum edilən gəmilərlə münaqişə tərəfləri arasında hər hansı birbaşa əlaqə tapılmayıb, bu da hücumların daha çox nizamsız xarakter daşıdığını göstərir. Boğazın statusu: Hörmüz boğazının rəsmi olaraq bağlandığı elan edilməsə də, mövcud əməliyyat mühiti bölgədə aktiv kinetik təhlükə şəraitinin olduğunu sübut edir. Gəmi hərəkətində azalma: Boğazdan gündəlik keçid edən gəmilərin sayı 20%-dən çox azalaraq 138-dən 110-a düşüb. Əlavə risklər: PUA və raket təhdidi ilə yanaşı, gəmilərin təhlükəsiz yerlərdə toplanması nəticəsində yaranan sıxlıq naviqasiya qəzaları riskini də artırır.

Növbəti 24-48 saat ərzində təhlükə səviyyəsinin dəyişməyəcəyi və bayrağından asılı olmayaraq bütün ticarət gəmilərinin risk altında olduğu xatırladılıb. UKMTO gəmi heyətlərini maksimum ehtiyatlı olmağa çağırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu