Ağ Ev: Tramp Ukraynada mümkünsüzü mümkün etmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranını həll etməklə qeyri-mümkünü mümkün etmək niyyətindədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında bildirib.
Livitt qeyd edib ki, Trampın komandası artıq bu istiqamətdə təcrübəyə malikdir. "Xüsusi elçi Stiven Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Donald Tramp Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından qeyri-mümkünü mümkün ediblər. Bilirəm ki, onlar eyni uğuru Rusiya-Ukrayna müharibəsində də əldə etməyə çalışırlar", - diye o vurğulayıb.
Xatırladaq ki, Trampın ətrafındakı diplomatik qrup Yaxın Şərqdə "İbrahim sazişləri" kimi tanınan tarixi sülh prosesində aktiv rol oynamışdı. İndi isə Ağ Ev eyni diplomatik mexanizmləri Ukraynadakı münaqişənin dayandırılması üçün tətbiq etməyi planlaşdırır.
