Rubio: Tramp hiss edir ki, danışıqlar masasında Putinin gözünə baxmaq lazımdır


ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçiriləcək sammiti Rusiya və ABŞ prezidentləri Vladimir PutinDonald Tramp arasında Amerika liderinin vəziyyəti şəxsən qiymətləndirməsi üçün zəruri olan “tanışlıq” görüşü kimi dəyərləndirib.

AFN.az xəbər verir ki, o, bu barədə "77 WABC" radiostansiyasına müsahibəsində danışıb.

"Açığı, düşünürəm ki, bu, kəşfiyyat xarakterli görüş olacaq. Putinlə bir neçə telefon danışığından sonra prezident hiss edir ki, danışıqlar masasında bu oğlanın gözünə baxmaq lazımdır. Qiymətləndirmək üçün onunla üz-üzə görüşməlidir", – deyə Rubio bildirib.

Dövlət katibi görüşün Rusiya tərəfinə güzəşt olması ilə bağlı tənqidləri isə rədd edib: "Prezident Tramp üçün görüş güzəşt deyil. O, buna başqa cür baxır. Görüş vəziyyəti başa düşmək və qərar qəbul etmək üçün etdiyiniz bir şeydir", – deyə o əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu