Tramp: Putinlə görüş ola bilər, amma mən məyusam

Amerika lideri Donald Tramp Ukrayna böhranının dərindən müzakirəsi üçün Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş gözlədiyi ilə bağlı suala birbaşa cavab verməyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbət zamanı TASS-ın müvafiq sualına Tramp belə cavab verib:
“Prezident Putinlə işlərin necə gedəcəyini görəcəyik. İndiyə qədər prezident Putindən çox məyus olmuşam. Son üç ayda bir çox müharibələrə son qoymuşam. Amma hələ ki, buna nail ola bilməmişəm”, – deyə Tramp bildirib.
O, Ukraynadakı münaqişəni “Baydenin müharibəsi” adlandıraraq bu prosesə özünün aidiyyəti olmadığını vurğulayıb.
Eyni zamanda Tramp qeyd edib: “Bu, Trampın müharibəsi deyil. Mən bizi bu qarışıqlıqdan çıxarmağa çalışmaq üçün buradayam”.