Tramp fevralın sonunadək Putinlə görüşə biləcəklərini deyib


ABŞ prezidenti Donald Tramp onun Rusiya prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalını səsləndirib.


AFN.az xəbər verir ki, Amerika lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlər ona Putinlə görüşünün ayın sonuna qədər baş tutacağını hələ də gözləyib-gözləmədiyi ilə bağlı sualı veriblər. O suala “yəqin ki,” deyə cavab versə də, dəqiq şərh verməyib.

Rusiya liderinin köməkçisi Yuri Uşakov görüşün gələn həftə baş tutması ehtimalının az olduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu