Tramp: Xameneyinin yerini dəqiq bilirdim, lakin...


ABŞ prezidenti Donald Tramp, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin bəyanatlarına cavab olaraq, İrana qarşı sanksiyaların yumşaldılması istiqamətində görülən işləri dərhal dayandırdığını bildirib.



AFN.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib:



“Mən mümkün sanksiyaların yüngülləşdirilməsi və İrana tam, sürətli və tam sağalması üçün ən yaxşı şans verəcək digər məsələlər üzərində işləyirəm. Lakin sanksiyaların yumşaldılması üçün bütün səyləri dəqiq bu andan etibarən dayandırıram”, – deyə Tramp qeyd edib.



Onun sözlərinə görə, Xameneyinin ABŞ və İsrail üzərində qələbə qazandığını elan etməsi onu bu qərarı verməyə vadar edib. Tramp İranın üç nüvə obyektinin dağıdıldığınıXameneyinin yerini dəqiq bildiyini bəyan etsə də, ABŞ hərbçilərinin onun həyatına son qoymasına imkan vermədiyini qeyd edib.



“Mərhəmətə görə minnətdarlıq gözləyirdim, lakin cavab olaraq qəzəb, nifrət və ikrah eşitdim. Bu münasibət İranı gələcəyi olmayan, yanmış bir ölkəyə çevirdi. Onların iqtisadiyyatı iflic olub, ordusu isə acınacaqlı vəziyyətdədir. Vəziyyət yalnız daha da pisləşəcək”, – deyə Tramp bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu