Zelenski və Tramp G7 sammitində görüşə bilər

Zelenskinin ABŞ prezidenti Donald Trampla Qrup Yeddilik (G7) sammiti çərçivəsində görüşməyi planlaşdırır.
AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak bildirib.
Yermakın Vaşinqtona səfəri zamanı Ukrayna nümayəndə heyəti mümkün görüş üzərində işləyib.
“Bizim Vaşinqtona səfərimiz, xüsusən də Zelenski ilə Trampın Kanadada keçiriləcək G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi”, – deyə Yermak "Bloomberg"ə deyib.
2025-ci il G7 sammiti 15-17 iyun tarixlərində Kananaskis qraflığında keçiriləcək.