Zelenskinin ofisi: "Dönüş nöqtəsi yaxınlaşır, 2024 həlledici olacaq”


"2024-cü il Ukrayna üçün kritik il olacaq".



AFN.az "Bloomberg”ə istinadən xəbər verir ki, bunu Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib.

"Dönüş nöqtəsi yaxınlaşır. Gələn il həlledici olacaq”, deyə o bildirib.

Yermak həmçinin Qərb ölkələrini qış başlamazdan əvvəl Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri köçürməyə çağırıb.

Noyabrın 11-də Yermak ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb. Söhbət zamanı Yermak Rusiya ordusu ilə uğurla mübarizə aparmaq üçün Ukrayna Silahlı Qüvvələrinə vaxtında silah və sursat verilməsinin vacibliyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu