Ukrayna Prezident Ofisi: "Qələbəyə yaxınıq"


“Hesab edirəm ki, qələbəyə yaxınıq”.



AFN.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Amma o, zəfərin əldə olunacağı konkret tarixi açıqlamayıb: “Döyüşlərin nə qədər davam edəcəyini heç kim bilmir, amma biz artıq uzun bir yolu geridə qoymuşuq”.

A.Yermak bildirib ki, ukraynalılar misilsiz həmrəylik göstərirlər: “Rusiyaya qarşı müqavimət göstərmək üçün bizə əvvəlcə 3 gün, sonra bir neçə ay vaxt verildi. Amma artıq il yarımdır ki, biz nəinki özümüzü müdafiə edir, həm də ərazimizi azad edirik”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu