Ukraynadan Rusiyaya: "Sən yenə tək qaldın, çünki..."


Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak uzun fasilədən sonra İranın “Şəhid-136/131” kamikadze pilotsuz təyyarələrinin hücuma keçməsini şərh edib.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, o, bu hücum Rusiyanın raketlərinin tükəndiyini açıq şəkildə nümayiş etdirdiyini deyib: “Siz texnoloji cəhətdən geridə olduğunuz indiki zamanda, sanksiyalar sizin texnologiyaya çıxışınızı kəsib, raketləriniz yavaş-yavaş tükənir və terrordan hələ də arzuolunan effekt əldə edə bilmirsiniz. Siz raketləriniz tükəndiyi üçün ucuz "mopedləri" qutudan çıxarırsınız, ümid edirəm ki, onlar sökülməyə kömək edəcəklər“.
PA rəhbəri vurğulayıb ki, Ukrayna əsgərləri artıq “mopedlərin” məhv edilməsi metodologiyasını işləyib hazırlayıblar. "Və sən yenə tək qaldın. Çünki sən Rusiyasan, biz isə Ukraynayıq, sizdən daha ağıllı, daha güclü, daha yaradıcı və müasir" - deyə Yermak ələvə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu