Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini iyunun sonuna qədər təqdim edə bilər

Avropa Komissiyası iyunun sonuna qədər Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edə bilər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib. Onun sözlərinə görə, Fransa artıq bu məsələ ilə bağlı öz tövsiyələrini göndərib. "Bu, yaxın günlərin məsələsidir, biz dünəndən öz təkliflərimizi Avropa Komissiyasına göndərmişik. O, onları bu paketə daxil etməlidir, ümid edirəm ki, iyunun sonuna kimi təqdim olunacaq", - deyə nazir bildirib.
O, etiraf edib ki, Rusiya indiyədək əvvəllər tətbiq etdiyi məhdudiyyətlərdən yan keçə bilib və indi avropalılar buna şərait yaradan ölkələrlə əlaqə saxlamaq niyyətindədirlər. “Məqsəd atəşkəs təklifini qəbul etmədiyi təqdirdə Rusiya üçün təzyiqi artırmaqdır”, - deyə Barrot bildirib. O əlavə edib ki, bu sanksiyalar paketi ABŞ Senatında təklif olunan məhdudiyyətlərlə uzlaşdırılıb: "Amerikalılar da yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə hazırlaşır".