Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib


Avropa İttifaqının xarici işlər nazirləri Rusiya Federasiyasına qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər.

AFN.az xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kaja Kallas X hesabında yazıb. Onun sözlərinə görə, yeni sənədə əsasən Rusiya neftini daşıyan 200-ə yaxın tanker qara siyahıya salınıb.

Aİ Rusiyaya qarşı, o cümlədən 200 tankerə qarşı sanksiyaların 17-ci paketini qəbul edib”, – deyə Kallas yazıb.

O, bu tankerlərin hansı ölkələrin bayraqları altında üzdüyünü açıqlamayıb. Onlara qarşı məhdudiyyətlər Aİ limanlarına girişin və Avropa şirkətlərinin bu gəmilərlə hər hansı əməliyyatlarının qadağan edilməsi deməkdir.

Kallas bildirib ki, Aİ ölkələri artıq Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində işləyirlər.

Mənbələrin məlumatına görə, 17-ci paketə onlarla rusiyalı fiziki və hüquqi şəxsin adı da daxildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu