Fon der Leyen: Aİ-nin 17-ci sanksiya paketi 189 tankeri də əhatə edir


Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinə müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 189 tankerə məhdudiyyətlər daxildir.


AFN.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X hesabında yazıb.

"Rusiyanın enerji ixracına zərbə vurmaq üçün 189 tankeri qara siyahıya saldıq", - deyə o qeyd edib.

Bu o deməkdir ki, qara siyahıya salınmış tankerlərin Aİ limanlarına girişi qadağan ediləcək və Avropa bizneslərinə bu gəmilərlə hər hansı əməliyyatlar qadağan ediləcək.

17-ci sanksiya paketi Aİ səfirləri tərəfindən təsdiqlənib və indi bu məhdudiyyətlər Aİ-nin xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən mayın 20-də təsdiqlənməlidir. Sənəd bundan sonra qüvvəyə minəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu