Tramp İrana nüvə silahından imtina etmək üçün saziş təklif edəcək


ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı proqramından əl çəkəcəyi təqdirdə onunla razılaşmaq istədiyini bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı deyib.

"Mən İranla müqavilə bağlamaq, mümkünsə nəsə etmək istəyirəm. Amma onlar terrorizmə sponsorluq etməyi dayandırmalı, qanlı proksi müharibələri dayandırmalı və nüvə silahı yaratmaq məqsədindən həmişəlik imtina etməlidirlər" - deyə ABŞ prezidenti vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu