Hindistan hava məkanını Pakistana bağlamağı planlaşdırır


Hindistan öz hava məkanını Pakistan daşıyıcılarının üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi düşünür.


AFN.az xəbər verir ki, bu barədə “The Economic Times” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, belə bir halda Pakistan Cənub-Şərqi Asiyada təyinat yerinə çatmaq üçün Çin və ya Şri-Lanka üzərindən təyyarələrin marşrutunu dəyişməli olacaq. Dövlətə məxsus Pakistan Beynəlxalq Hava Yolları Sinqapur və Taylanddan başqa Kuala Lumpur və digər Malayziya şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu