ABŞ Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil


Birləşmiş Ştatlar Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil.


AFN.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

O, Suriya ilə bağlı sualları cavablandırarkən deyib: "Sanksiyaların dinamikası dəyişmir. İndiki mərhələdə isə onları dəyişdirmək planı yoxdur. Əvvəlki məhdudlaşdırıcı tədbirlər qüvvədə qalır. ABŞ-ın Suriya ilə bağlı gələcək siyasətini formalaşdırarkən və nəzərdən keçirərkən, bütövlükdə Suriya müvəqqəti hökumətinin fəaliyyətini bir sıra məsələlər üzrə izləyirik. Biz həmçinin milli institutların effektiv, həssas və təmsilçi olmasını təmin edə biləcək inklüziv, mülki hökumətin yaradılmasını tələb etməyə davam edirik”, - deyə Bryus qeyd edib.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Suriyanın qonşuları ilə sülh şəraitində yaşamasını və ərazisinin terrorçular tərəfindən istifadə edilməməsini istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu