Kreml Ukraynanın Aİ-yə daxil olmasını Kiyevin suveren hüququ hesab edir - Peskov


Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması Kiyevin suveren hüququdur, çünki bu, hərbi deyil, iqtisadi birləşmədir.


AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

"Bu, hər hansı bir ölkənin suveren hüququdur. Söhbət inteqrasiyadan, iqtisadi proseslərdən gedir və burada, əlbəttə, heç kim heç bir ölkəyə heç nə diktə edə bilməz. Biz bunu etməyəcəyik. Ancaq biz təhlükəsizlik, müdafiə və ya hərbi ittifaqlarla bağlı məsələlərdə tamamilə fərqli mövqeyə malikik. Orada məsələ başqadır və bu, hamıya məlumdur" - deyə o əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu