Peskov: “Rusiya Türkiyə ilə münasibətləri və onun suveren mövqeyini yüksək qiymətləndirir"


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə müxalifətinin Rusiyaya qarşı respublikada keçiriləcək prezident seçkilərinə qarışmamaq çağırışını şərh edərək, Moskvanın Ankara ilə münasibətlərə dəyər verdiyini bildirib.


AFN.az xəbər verir ki, Kremlin sözçüsü “Biz Türkiyə Respublikası ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk, çünki Türkiyə Cümhuriyyəti indiyədək üzləşdiyimiz bütün regional və qlobal problemlərlə bağlı çox məsuliyyətli suveren və düşünülmüş mövqe tutub”, - deyə bildirib.

O, əlavə edib ki, belə mövqe Rusiya hakimiyyətini heyran edir.

Peskov əmin edib ki, ikitərəfli münasibətləri yüksək qiymətləndirən Rusiya Türkiyəyə qarşı heç bir tədbir görməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu