Məhkəmə Cənubi Koreya prezidentinin həbsinə qərar verdi


Seulun Qərb dairə məhkəməsi Cənubi Koreya prezidenti Yoon Seok-Yul barəsində həbs qətimkan tədbiri seçib.



Bu barədə yanvarın 18-də "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Yun Seok-yul yanvarın 15-də həbs edilib və ona 48 saatlıq həbs müddəti verilib və bu müddət ərzində məhkəmə onun sonrakı həbsinə qərar verməli idi.

Məsələnin baxılması yanvarın 18-də yerli vaxtla saat 14:00-da başlayıb və beş saat davam edib.

"Yonhap" xatırladıb ki, məhkəmə qərarı istintaqa dövlət başçısını 20 günə qədər həbsdə saxlamağa imkan verir. Bu müddətə Yun Seok-yulun Seul iqamətgahında saxlandıqdan sonra həbsdə keçirdiyi günlər də daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu