Cənubi Koreya prokurorları prezidenti dekabrın 21-dək dindirmək niyyətindədir


Cənubi Koreya Respublikasının Prokurorluğu müvəqqəti olaraq səlahiyyətlərini dayandırmış prezident Yoon Seok Yeolun dekabrın 21-dək dindirilməyə gəlməsini tələb edir.


AFN.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Dindirmə dekabrın 15-nə təyin edilsə də, Yoon Seok Yeol gəlməyib. Bəzi məlumatlara görə, o, həmin vaxta qədər vəkil tutmayıb. Əgər prezident dekabrın 21-nə kimi gəlməsə, prokurorluq həbs üçün order almaq məsələsini nəzərdən keçirməyə hazırdır.

Hüquq-mühafizə orqanları Yoon Seok Yeolu dekabrın 3-də hərbi vəziyyətin tətbiqi ilə əlaqədar üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilirlər. Cənubi Koreya qanunları qiyam və dövlətə xəyanət hallarında vəzifədə olan prezidentin mühakimə olunmasına icazə verir.

Eyni zamanda, polis dekabrın 18-də Yoon Seok Yeolu dindirməyə gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu